Kriminal

Bakıda avtomobildən bahalı boyunbağı oğurlandı: Polis keçmiş məhkumu yaxaladı

05 Jun 2026, 15:56 1 baxış
Bakıda avtomobildən bahalı boyunbağı oğurlandı: Polis keçmiş məhkumu yaxaladı
Bakıda keçmiş məhkum avtomobili qarət edib. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Yasamaldakı avtoyuma məntəqələrinin birində müştəriyə məxsus avtomobildən 4 300 manat dəyərində qızıl boyunbağı oğurlanıb. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Şəhriyar Dəmirov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər