Siyasət

Bunu yaxşı bilən ölkələrdən biri Azərbaycandır - Şakarişvili

05 Jun 2026, 00:48 2 baxış
Bunu yaxşı bilən ölkələrdən biri Azərbaycandır - Şakarişvili

Bu gün dünyada əlaqəlilik və tranzit marşrutların sabitliyi qlobal çağırışlardan biridir. Tranzit yolların dayanıqlığının pozulması ciddi problemlər yaradır. Bu baxımdan regionumuzun böyük potensialı var.


Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Gürcüstanın tanınmış siyasi xadimi, politoloq, “Vahid Neytral Gürcüstan” partiyasının icraçı katibi Vato Şakarişvili deyib.


“Bu potensialı yaxşı anlayan ölkələrdən biri də Azərbaycandır. Azərbaycan regionun potensialının maksimum şəkildə reallaşdırılması üçün ardıcıl siyasət həyata keçirir, mühüm investisiyalar yatırır və ölkələr arasında əməkdaşlıq formatlarını gücləndirir. Bakı-Tiflis-Qars dəmiryolu bu əməkdaşlığın ən parlaq nümunələrindən biridir. Bu layihə Azərbaycanın regionda mühüm rolunu bir daha göstərir və Azərbaycan–Gürcüstan–Türkiyə arasında strateji tərəfdaşlığın möhkəm əsaslara söykəndiyini təsdiqləyir”, - Şakarişvili qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər