Siyasət

Rusiya nümayəndə heyəti Bakıya gələcək

04 Jun 2026, 18:54 4 baxış
Rusiya nümayəndə heyəti Bakıya gələcək
Rusiya Federal Məclisi və Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın iclası iyunun ortalarında Bakıda keçiriləcək. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun "Rusiya-Azərbaycan" sessiyasında çıxış edərkən bildirib. "Parlamentlərarası əlaqələr və təmaslar aktiv şəkildə inkişaf edir. İyunun ortalarında həm Federasiya Şurasının, həm də Dövlət Dumasının deputatlarından ibarət parlament nümayəndə heyəti Federal Məclisin Federasiya Şurası ilə Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın işində iştirak etmək üçün Bakıya gələcək", - deyə diplomat vurğulayıb. O qeyd edib ki, parlamentlərarası qarşılıqlı fəaliyyət Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlığın çox mühüm elementidir. Mustafayev həmçinin deyib ki, payızda növbəti Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi planlaşdırılır. Bu forum ənənəvi olaraq ikitərəfli məsələləri müzakirə etmək üçün Rusiya və Azərbaycanın əlaqədar region rəhbərlərini bir araya gətirir. "Müəyyən sazişlər, perspektivli inkişaf planı nəzərdə tutulur", - deyə o əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər