Siyasət

Azərbaycanla yenidən əməkdaşlığı zəruri hesab edirik

04 Jun 2026, 16:56 1 baxış
Azərbaycanla yenidən əməkdaşlığı zəruri hesab edirik

Rusiya yaxın gələcəkdə Azərbaycanla mədəni və humanitar əməkdaşlığın yenidən başlamasını zəruri hesab edir.


Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.


“Ümumilikdə, Moskva Azərbaycanla ikitərəfli münasibətlərin bütün spektrini ardıcıl olaraq inkişaf etdirməyi hədəfləyir. Bu, ölkələrimizin xalqlarının mənafeyinə uyğundur. Hazırkı fasilədən sonra yaxın gələcəkdə mədəni və humanitar sahədə tammiqyaslı əməkdaşlığın yenidən başlamasını zəruri hesab edirik”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər