Kriminal
Cəlilabadda AĞIR QƏZA: Dörd nəfər yaralanıb - FOTO
Cəlilabad rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. "ZiL" və KIA markalı maşınlarının toqquşması nəticəsində yük maşını idarəetməni itirərək aşıb. Hadisə zamanı xəsarət alan dörd nəfər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az