Siyasət

Rubio: "TRIPP layihəsi Azərbaycan və Ermənistan üçün müstəsna imkanlar yaradacaq"

03 Jun 2026, 22:24 3 baxış
Rubio: "TRIPP layihəsi Azərbaycan və Ermənistan üçün müstəsna imkanlar yaradacaq"
"TRIPP ("Tramp marşrutu") layihəsi Azərbaycan və Ermənistan üçün müstəsna imkanlar yaradacaq". Oxu.Az ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi qarşısında çıxış edərkən bildirib. "Ermənistan və Azərbaycan arasındakı münaqişə başa çatıb. Sadəcə başa çatmayıb, imzaladığım və hər iki ölkəyə müstəsna imkanlar yaradacaq yeni bir rifah yolu - TRIPP yolu açacaq bir sazişlə yekunlaşıb" , - deyə o vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər