Kriminal

Cəlilabadda qadın qətlə yetirildi, şübhəli şəxs axtarılır

03 Jun 2026, 19:12 1 baxış
Cəlilabadda qadın qətlə yetirildi, şübhəli şəxs axtarılır
Cəlilabad rayonunda qətl hadisəsi baş verib. Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərinin Məhəmməd Hadi küçəsində qeydə alınıb. Qeyd olunub ki, Anar adlı şəxs dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Nəticədə qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Şübhəli hadisə yerindən qaçıb. Məlumata görə, çobanlar onu örüş sahəsində gedərkən görüblər. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər