Siyasət
İran bir əllə Ermənistana görə "qırmızı xətt" çəkir, o biri ilə Azərbaycanın ətəyindən yapışır - FOTO
Mayın 28-də Ermənistanın Respublika meydanında ölkənin Respublika Gününə həsr olunan hərbi parad keçirildi. Bu, ölkədə 2016-cı ildən bəri təşkil edilən ilk genişmiqyaslı hərbi parad idi. Baş nazir Nikol Paşinyan paraddakı çıxışında Ermənistan ordusunun əsas missiyasının ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin müdafiəsi olduğunu və hökumətin sülh gündəliyinə sadiq qaldığını vurğulasa da, paradda nümayiş etdirilən silah sistemləri regionda diqqəti cəlb edən əsas məsələlərdən oldu və Ermənistanın sürətlə davam edən hərbi modernizasiya prosesini ortaya qoydu. Belə ki, əgər əvvəlki dövrlərdə Ermənistan ordusunun arsenalında Rusiya istehsalı texnika dominant idisə, indi mənzərə əhəmiyyətli dərəcədə dəyişib. Paradda nümayiş etdirilən əsas sistemlər arasında Fransanın "Caesar" özüyeriyən artilleriya qurğuları və "Bastion" zirehli maşınları, Hindistanın "Pinaka" yaylım atəşli reaktiv sistemləri və "Akash" hava hücumundan müdafiə kompleksləri, İran istehsalı "AD-08 Majid" zenit-raket sistemləri, Çin istehsalı "CH-4" zərbə və kəşfiyyat pilotsuz aparatları, yerli istehsal olduğu bildirilən kamikadze dronlar və elektron mübarizə vasitələri yer aldı. Bu mənzərə Ermənistanın son illərdə silah tədarükünü şaxələndirməyə çalışdığını göstərməklə yanaşı, xüsusilə 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə antiterror əməliyyatlarından sonra İrəvanın Fransa, Hindistan və İranla hərbi əməkdaşlığı nəzərəçarpacaq dərəcədə genişləndirdiyini göstərdi. Lakin paradda ən çox diqqəti çəkən yeniliklərdən biri İran istehsalı "AD-08 Majid" hava hücumundan müdafiə sistemlərinin nümayişi oldu. Bu komplekslər aşağı hündürlükdə uçan pilotsuz uçuş aparatları, helikopterlər və təyyarələrə qarşı istifadə üçün nəzərdə tutulub. Sistem qısamənzilli müdafiə vasitəsi hesab olunur və əsasən, hərbi hissələrin, sənaye obyektlərinin və strateji infrastrukturların qorunmasına xidmət edir.
İran istehsalı silahların Ermənistan ordusunun arsenalında açıq şəkildə nümayiş etdirilməsi həm də Tehran-İrəvan münasibətlərinin hərbi-texniki ölçüdə inkişaf etdiyini göstərən siqnaldır. Ümumiyyətlə, İran son illərdə Cənubi Qafqazda baş verən proseslərə xüsusi həssaslıq nümayiş etdirir. Xüsusən də, Vətən müharibəsindən sonra, 2021-ci ilin payızında İran Silahlı Qüvvələrinin Azərbaycanla sərhəd bölgələrdə genişmiqyaslı hərbi təlimlər keçirməsi, təlimlərdə zirehli texnika, artilleriya sistemləri, pilotsuz uçuş aparatları və helikopterlərin iştirakı, 2022-ci ildə daha böyükmiqyaslı manevrlərin təşkil olunaraq, təlimlər zamanı Araz çayı üzərindən ponton keçidlərinin qurulması ssenarilərinin nümayişi bunun əyani sübutudur. Çünki həmin dövrdə İran rəsmiləri regionda geosiyasi dəyişikliklərə qarşı olduqlarını açıq şəkildə bəyan edirdilər. Tehranın Ermənistanı nəzərdə tutaraq tez-tez istifadə etdiyi "qırmızı xətt" ifadəsi də bundan qaynaqlanırdı. İran rəsmiləri də müxtəlif çıxışlarında bildiriblər ki, Ermənistanın ərazi bütövlüyü və İranın Ermənistanla birbaşa quru əlaqəsinin saxlanılması Tehran üçün strateji əhəmiyyət daşıyır. Paşinyan parad zamanı Ermənistanın "sülh gündəliyinə" sadiq qaldığını bəyan etsə də, sülh danışıqları və hərbi modernizasiyanın paralel şəkildə davam etməsi göstərir ki, İrəvan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir və ikili yanaşmalardan əl çəkmir. Mayın 28-də keçirilən hərbi parad da sadəcə, Respublika Gününün qeyd olunması deyildi, həm də Ermənistanın dəyişən hərbi doktrinasının, yeni silah təchizatı siyasətinin və formalaşan geosiyasi tərəfdaşlıqlarının nümayişinə çevrilmişdi. Eyni zamanda, İranın regionda "qırmızı xətt" siyasəti və Ermənistanla əlaqələrə verdiyi strateji önəm molla rejiminin əsl simasını bir daha nümayiş etdirdi.
Lakin İranın Ermənistanla bağlı həssas mövqeyi və ya digər xarici güclərin regionda artan fəallığına baxmayaraq, Bakı öz xarici siyasət kursunu kənar təsirlərdən asılı olmadan müəyyənləşdirir. Azərbaycan regional layihələrin təşəbbüskarı kimi çıxış edir və strateji qərarlarını ilk növbədə milli maraqlar əsasında formalaşdırır. Regionda qüvvələr balansının müəyyənləşdirilməsində rolu isə təkcə silahların sayı deyil, dövlətlərin iqtisadi potensialı, hərbi hazırlığı, siyasi sabitliyi, beynəlxalq tərəfdaşlıqları və strateji imkanları oynayır. Ermənistan bütün bu sadalananlara əsasən, Azərbaycandan geridə qalır. Özünə umac ova bilməyib, başqasına əriştə kəsməyə çalışan, dar günündə də əlini Azərbaycanın humanitar ətəyinə uzadan İran isə ilk növbədə riyakar mövqeyini kənara qoymalı, öz başına çarə qılmalı, Azərbaycan kimi humanist qonşusuna hörmət etməlidir. Çünki mövcud reallıq da göstərir ki, Azərbaycan, onsuz da, Cənubi Qafqazın əsas güc mərkəzidir və ölkənin milli maraqları ilə bağlı məsələlərdə Bakının mövqeyi regionun gələcək təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm amildir. Bu reallığı isə heç kim və heç nə dəyişə bilməz.

Mənbə
oxu.az