Kriminal
Azərbaycan sərhədini pozmağa cəhd edən altı əcnəbi saxlanıldı
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 6 (altı) nəfər - Nigeriya Federativ Respublikası vətəndaşları olan 1980-cı il təvəllüdlü İguare Oliver Osagie, 1986-cı il təvəllüdlü Ogungbure Adesoji Austin, 1992-ci il təvəllüdlü Akinniyi Olamilekan Sunday, 1994-cü il təvəllüdlü Adele Moshood Adekunle, 1997-ci il təvəllüdlü King Tamarasinla Gloria, 1998-ci il təvəllüdlü Ajala Oluvafemi Moses həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıblar. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Mənbə
oxu.az