Kriminal
Arvadını bıçaqlamaqda şübhəli bilinən şəxs SAXLANILDI
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Oxu.Az-a daxil olan məlumata görə, 36 yaşlı şəhər sakini Aygün İsmayılova bıçaqlanıb. Qadın xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində A.İsmayılovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən əri, 40 yaşlı Ruslan Novruzov saxlanılaraq istintaqa təhvil verilib.
Mənbə
oxu.az