Siyasət

Sahibə Qafarova Belqradda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

03 Jun 2026, 10:42 19 baxış
Sahibə Qafarova Belqradda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
Serbiya Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova paytaxt Belqraddakı Taşmaydan parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Parlamentdən Oxu.Az-a verilən məlumata görə, spiker abidənin önünə gül dəstələri düzüb. Qeyd edək ki, ulu öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub. Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti sonra burada görkəmli serb yazıçısı Milorad Paviçin də abidəsini ziyarət edib.
{{gallery}}
Sahibə Qafarova Belqradda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib Sahibə Qafarova Belqradda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib Sahibə Qafarova Belqradda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
Mənbə oxu.az

Oxşar Xəbərlər