Kriminal
Biləsuvarda ağır qəza olub, ölən var
Biləsuvar rayonunda ağır qəza baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı iki kiçik tutumlu yük avtomobili toqquşub. Hadisə nəticəsində Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1966-ci il təvəllüdlü Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az