Kriminal

Biləsuvarda ağır qəza: ölən var

03 Jun 2026, 00:13 18 baxış
Biləsuvarda ağır qəza: ölən var

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.


Axar.az xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.


İlkin məlumata görə, qəza zamanı iki kiçik tutumlu yük avtomobili toqquşub.


Hadisə nəticəsində Masallı rayonu Ərkivan qəsəbə sakini, 1966-ci il təvəllüdlü Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər