Siyasət

Azərbaycanla tarixi uğura imza atdıq - Kobaxidze

02 Jun 2026, 17:06 12 baxış
Azərbaycanla tarixi uğura imza atdıq - Kobaxidze

Gürcüstan tranzit funksiyasının inkişafına və kommunikasiya baxımından öz imkanlarının genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Bu nöqteyi-nəzərdən Gürcüstan, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq xüsusi önəm daşıyır.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.


Baş nazirin sözlərinə görə, bu gün açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, Gürcüstan, Azərbaycan və Türkiyə arasında uğurlu əməkdaşlığın ən yaxşı ifadəsidir.


“Çox vacib bir gündür, tarixi layihənin açılışını etdik, bu, tarixi Bakı-Tbilisi-Qars layihəsidir. Bildiyiniz kimi, Gürcüstan tranzit funksiyasının və kommunikasiya baxımından imkanlarımızın inkişafına xüsusi əhəmiyyət verir. Əlbəttə, bu baxımdan Gürcüstan, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu layihə həm də dost ölkələrlə nə qədər sıx əməkdaşlıq etdiyimizin ən yaxşı ifadəsidir. Bu əməkdaşlıq daha da inkişaf etdirilməlidir. Bu gün uğurlu əməkdaşlığımızın ən yaxşı ifadəsidir”, - İrakli Kobaxidze vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər