Siyasət
ABŞ-nin nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib. Oxu.Az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların ölkəmizdəki səfirliyi məlumat yayıb. Bildirilib ki, onlar Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad ediblər.
Mənbə
oxu.az