Digər

Paşinyan Rusiyanın imtina etdiyi mallara müştəri tapdı

02 Jun 2026, 15:36 17 baxış
Paşinyan Rusiyanın imtina etdiyi mallara müştəri tapdı

Ermənistan Rusiyaya idxalı qadağan olunmuş malları üçün ixrac bazarını şaxələndirir.


Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.


“Şər deməsən, xeyir gəlməz. Söhbət yeni satış bazarlarından gedir. Beynəlxalq tərəfdaşlarımıza tez reaksiyalarına görə minnətdarıq və artıq tez bir zamanda gül, meyvə və tərəvəzin ixracı üçün konkret təkliflərimiz var”, - Paşinyan bildirib.


Qeyd edək ki, Nikol Paşinyan bundan öncə Moskvanın tətbiq etdiyi məhdudiyyətlər səbəbindən fermerlərə dəyəcək ziyanı hökumətin ödəyəcəyini vəd etmişdi.


Xatırladaq ki, “Rosselxoznadzor” Ermənistandan, şərab, “Cermuk” mineral suyu, tərəvəz və balıq məhsullarının idxalına qadağa qoyub.

Mənbə axar.az

Oxşar Xəbərlər