Kriminal
Sumqayıtda 75 yaşlı kişi marşrut avtobusunda öldü
Sumqayıt şəhərində 75 yaşlı kişi marşrut avtobusunda ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 1-də saat 11 radələrində şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib. Abşeron rayon sakini, 1951-ci il təvəllüdlü Əlişir Əliyev şəhər ərazisində 10B saylı xətt avtobusunda sərnişin qismində olarkən qəfil halı pisləşib. O, avtobusda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az