Digər
İranda sursat partladı, SEPAH-ın iki zabiti öldü
İranın Qum əyalətində yerləşən hərbi obyektdə sursatın partlaması nəticəsində SEPAH-ın iki zabiti həlak olub.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Hadisə son müharibə vaxtından qalmış sursatın partlaması nəticəsində baş verib.
Bildirilib ki, partlayış zamanı həyatını itirən hərbçilər Hüseyn Ramazanian Firuduni və Məhəmməd Üveysi olub.
Mənbə
axar.az