Digər

Rusiya 73 raket, 656 PUA ilə hücum etdi

02 Jun 2026, 11:22 21 baxış
Rusiya 73 raket, 656 PUA ilə hücum etdi

Dünən gecə Rusiya Ukraynaya 650-dən çox PUA və 70-dən çox raket və atıb.


Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.


Məlumata görə, əsas hücum istiqaməti Kiyev olub:


“Həmçinin Dnepr, Xarkov, Zaporojye, Poltava və digər bölgələr də hücuma məruz qalıb. Cəmi 729 hava hücumu (73 raket və 656 müxtəlif tipli PUA) qeydə alınıb. Hücum zamanı 8 ədəd “3M22 Zirkon” gəmi əleyhinə raket, 33 ədəd “İsgəndər-M” ballistik raketi, 27 ədəd “X-101” qanadlı raketi, 5 ədəd “Kalibr” qanadlı raketi, 656 ədəd PUA-dan istifadə olunub”.


Qeyd olunub ki, Ukrayna qüvvələri 642 hədəfi (40 raket və 602 dron) məhv edib:


“11 ədəd “İsgəndər-M” ballistik raketi, 26 ədəd “X-101” qanadlı raketi, 3 ədəd “Kalibr” qanadlı raketi, 602 PUA sıradan çıxarılıb”.

Mənbə axar.az

Oxşar Xəbərlər