Kriminal
Bakıda dəhşət: Gənc oğlanı qatar vurdu
Bakıda gənc oğlanı qatar vurub. "Azərbaycan Dəmir Yolları" QSC-dən Oxu.Az-a verilən məlumata görə, hadisə ötən gün saat 11:13-də Nərimanov-Böyükşor sahəsində baş verib. Hərəkətdə olan Bakı-Sumqayıt qatarının qarşısına qəfil adam çıxıb. Maşinist tərəfindən təcilli tormozlama həyata keçirilsə də, məsafə az olduğundan qəza qaçılmaz olub. Nəticədə ağır xəsarətlər alan 2004-cü il təvəllüdlü Anar Rövşən oğlu Quliyev ölüb.
Mənbə
oxu.az