Siyasət

Donald Tramp Azərbaycana yeni səfir namizədini təqdim edib

02 Jun 2026, 10:44 15 baxış
Donald Tramp Azərbaycana yeni səfir namizədini təqdim edib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycana səfir vəzifəsinə namizəd irəli sürüb. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yayılıb. Bildirilib ki, D.Tramp tərəfindən Virciniya ştatından olan Aleksandr Aldenin Azərbaycan Respublikasına ABŞ-nin fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyi irəli sürülüb. Qeyd edək ki, Aleksandr Aldenin təyinatı ABŞ Senatı tərəfindən təsdiqlənməlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər