Digər

Paşinyanı öldürmək istəyən şəxs həbs edildi

02 Jun 2026, 00:04 21 baxış
Paşinyanı öldürmək istəyən şəxs həbs edildi

Ermənistanın Baş naziri Nikol Paşinyana sui-qəsd hazırlayan Mqer Mirzoyan barəsində həbs qətimkan tədbiri seçilib.


Axar.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.


2024-cü ildən bəri xaricdə yaşayan M.Mirzoyanın və azı dörd nəfərdən ibarət qrupun Ermənistan Baş nazirini siyasi və ictimai fəaliyyəti ilə əlaqədar öldürmək niyyəti ilə qeyri-müəyyən vəsait əldə etdiyi və cinayətə hazırlıq apardığı barədə əsaslı şübhələr müəyyən edilib.


Qeyd edilir ki, onlar qoruyucu geyim və maska ​​taxaraq Paşinyana ünvanlanan təhdidləri ehtiva edən videomüraciət hazırlayıblar və yayıblar. Bundan əlavə, onlar seçkiöncəsi təşviqata da mane olublar.


M.Mirzoyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 43-155-ci maddəsinin 2-ci hissəsinin 1-ci və 8-ci bəndləri (bir qrup şəxs tərəfindən dövlət və ya siyasi fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar qətlə hazırlıq), həmçinin 211-ci maddəsinin 2-ci hissəsinin 2-ci və 5-ci bəndləri (bir qrup şəxs tərəfindən digər vasitələrlə təşviqata mane olma) ilə ictimai cinayət təqibi başlanıb.


Daha əvvəl bildirilib ki, ilkin istintaq zamanı Ermənistanın Baş nazirinə qarşı sui-qəsd planında iştirak edən şəxslərdən birinin şəxsiyyəti müəyyən edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər