Siyasət
Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Azərbaycan baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusa səfər edib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, nümayəndə heyətini Minsk Milli Hava Limanında Belarus rəsmiləri, eləcə də Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev qarşılayıblar. Səfərin ilk günü çərçivəsində nümayəndə heyəti Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evində olub. Burada Azərbaycan məhsullarının Belarus bazarında təşviqi və ixrac imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Nümayəndə heyəti Ticarət Evində nümayiş olunan məhsullarla tanış olub, onların Belarusda tanıdılması və satış perspektivləri ilə maraqlanıb. Qeyd edək ki, S.Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin Belarusa səfəri üç gün davam edəcək. Səfər çərçivəsində Azərbaycan-Belarus ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, eləcə də bir sıra yüksəksəviyyəli görüşlərin təşkili nəzərdə tutulur.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər