Kriminal
Balakəndə fərdi yaşayış evi yandı
Balakən rayonunun Mahamalar kəndində fərdi yaşayış evində yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyini (FHN) məlumat yayıb. Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə rayonun Mahamalar kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunublar. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 448 kv.m olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 78 kv.m. sahədə yanıb. Evin böyük hissəsi yanğından mühafizə olunub.

Mənbə
oxu.az