Siyasət
Rusiya-Ermənistan münasibətlərində artan gərginlik və Cənubi Qafqazda dəyişən siyasi balans - VİDEO
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə bildirilib ki, xarici mediada ötən həftə Ermənistanın geosiyasi kursu, Rusiya-Ermənistan münasibətlərində artan gərginlik və Cənubi Qafqazdakı dəyişən siyasi balans geniş müzakirə olunub.
Qeyd edilib ki, "Reuters" və "The Associated Press" Ermənistanın Qərbə inteqrasiya cəhdlərinin Moskvanın narahatlığına səbəb olduğunu yazıb. Nəşrlərdə Rusiyanın İrəvanın xarici siyasət istiqamətinə təsir göstərmək üçün müxtəlif vasitələrdən istifadə etdiyi, eyni zamanda Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistanın Avropa kursuna xəbərdarlıq edildiyi vurğulanıb. Verilişdə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycanla münasibətlərə dair açıqlamalarına da yer verilib. Bildirilib ki, Gürcüstan hökumət başçısı Bakı ilə əməkdaşlığın qaz və elektrik enerjisinin idxalı, tranziti, eləcə də Bakı-Tbilisi-Supsa boru kəmərinin fəaliyyəti baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər