Digər

Netanyahu ilə danışdım, Hizbullaha hücum olmayacaq

01 Jun 2026, 23:00 1 baxış
Netanyahu ilə danışdım, Hizbullaha hücum olmayacaq

ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.


Axar.az xəbər verir ki, bu barədə Donald Tramp sosial şəbəkə hesabında yazıb.


O, danışığın çox məhsuldar keçdiyini qeyd edib:


“Beyruta heç bir qoşun getməyəcək və yola düşən hər hansı bir qoşun artıq geri qaytarılıb. Eynilə, yüksəkvəzifəli nümayəndələr vasitəsilə Hizbullahla çox yaxşı bir telefon danışığım oldu və onlar bütün atışmaların dayandırılacağına razılaşdılar. İsrail onlara hücum etməyəcək və onlar da İsrailə hücum etməyəcəklər”.

Mənbə axar.az

Oxşar Xəbərlər