Kriminal

Sumqayıtda yaşayış binasında yanğın baş verdi

01 Jun 2026, 23:09 1 baxış
Sumqayıtda yaşayış binasında yanğın baş verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.


Nazirlikdən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən ümumi sahəsi 45 kvadratmetr olan mənzilin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində 1 kvadratmetr sahədə ayaqqabı rəfi və bir ədəd elektrik yuvası yanıb.


Xəsarət alan olmayıb.


Mənzil yanğından mühafizə olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər