Kriminal
Cəlilabadda faciə: 5 yaşlı uşaq su anbarında boğuldu
Cəlilabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov ehtiyatsızlıqdan su anbarına düşüb. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə
axar.az