Digər
Bu, qanlı qırğın idi - Putin
Ukrayna Silahlı Qüvvələrinin Luqanskın Starobelsk şəhərinə hücumu “Ukrayna xuntasının qanlı cinayəti”dir.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin hücumun araşdırılması ilə bağlı keçirilən iclasda deyib.
“Mayın 22-də Starobelsk şəhərində Ukrayna xuntası tərəfindən törədilən qanlı cinayətdə həlak olanların və yaralananların yaxınlarına necə yardım və dəstək göstərilməsini müzakirə etmək istərdim”, – deyə Rusiya lideri qeyd edib.
Putin Starobelskdə baş verən faciədən zərər çəkən bütün ailələrə başsağlığı verib və onların hər birinə maksimum diqqət yetirilməsini əmr edib.
Mənbə
axar.az