Kriminal

Sumqayıtda qaz balonu partladı, mənzildə güclü YANĞIN OLDU - VİDEO

01 Jun 2026, 22:56 2 baxış
Sumqayıtda qaz balonu partladı, mənzildə güclü YANĞIN OLDU - VİDEO
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində mənzildə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunublar. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 45 kvadratmetr olan mənzilin dəhlizində qeydə alınan yanğın qısa müddətdə söndürülüb. Alovun genişlənməsinə, o cümlədən mənzilin digər otaqlarına yayılmasına imkan verilməyib. Hadisə nəticəsində dəhlizdə 1 kvadratmetr sahədə ayaqqabı rəfi və bir ədəd elektrik yuvası yanıb. Yanğın zamanı xəsarət alan olmayıb, mənzil bütövlükdə alovdan mühafizə edilib. Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yaşayış binasında yanğın baş verib. Oxu.Az xəbər verir ki, hadisə şəhərin "Nasosnu" qəsəbəsi Şirvan yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, mənzildə qaz balonunun partlaması nəticəsində yanğın başlayıb. Hadisə ilə bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunublar.
Mənbə oxu.az

Oxşar Xəbərlər