Digər
İran danışıqları dayandırıb? Bizə deməyib...
Prezident Donald Tramp İranın danışıqların dayandırılması barədə hələ ABŞ-a məlumat vermədiyini bildirib.
Axar.az xəbər verir ki, o, bu barədə NBC-yə müsahibəsində deyib.
Tramp qeyd edib ki, hadisələrin bu cür inkişafı ABŞ-ın genişmiqyaslı hərbi əməliyyatları bərpa edəcəyi anlamına gəlmir:
“Bu o demək deyil ki, biz gedib hər yerə bomba atmağa başlayacağıq. Biz sadəcə susacağıq. Biz blokadanı davam etdirəcəyik. Blokada polad maneədir”.
Tramp Tehran üzərində təsir gücünü saxladığını bir daha təkrarlayıb:
“Düşünürəm ki, nə qədər istəsələr, gözləyə bilərəm”.
Qeyd edək ki, İran İsrailin Livana hücumlarına görə ABŞ-la danışıqları dayandırdığını elan edib.
Mənbə
axar.az