Digər

Almaniya və Norveç nazirləri Beyruta səfərlərini ləğv etdi

01 Jun 2026, 22:51 2 baxış
Almaniya və Norveç nazirləri Beyruta səfərlərini ləğv etdi

Almaniyanın beynəlxalq inkişaf naziri Rima Alabali-Radovan və onun norveçli həmkarı Osmund Aukrust bu gün Livanın paytaxtı Beyruta planlaşdırılan səfərlərini təxirə salıblar.


Axar.az xəbər verir ki, bu barədə hər iki ölkənin nazirliklərinin mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, İsrailin şəhərə davam edən hücumları səbəbindən Beyrut səfəri qeyri-müəyyən tarixə kimi təxirə salınıb.


Qeyd edək ki, daha öncə İsrail Baş naziri Benyamin Netanyahu Beyrut və Dahiya bölgəsinə zərbələr endiriləcəyini bəyan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər