Azərbaycanla bu ölkə arasında diplomatik əlaqə quruldu
Azərbaycan və Mikroneziya Federativ Ştatları arasında diplomatik əlaqələrin yaradılıb.
Bu barədə Axar.az-a Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən məlumat verilib.
ABŞ-ın Nyu Yorka şəhərində Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev ilə mikroneziyalı həmkarı Cim Lipve tərəfindən iki dövlət arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb:
"Birgə Kommünikedə Azərbaycan ilə Mikroneziya və xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etmək niyyətində olduqları ifadə olunur.
Sənəddə həmçinin vurğulanır ki, hər iki dövlətin hökumətləri diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyi və ərazi bütövlüyü və onların daxili işlərinə qarışmamaq prinsipini əsas tuturlar.
Daimi nümayəndələr həmçinin Birgə Kommünikenin BMT sənədi kimi yayılması üçün BMT Baş katibinə məktub ünvanlanlayıblar".