Kriminal
Şəhidin həyat yoldaşı öldürüldü, qayınatası saxlanıldı
Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub.
Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün “Şuşa şəhərciyi”ndə qeydə alınıb.
Qəsəbə sakini 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov 1995-ci il təvəllüdlü gəlini Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb.
Adıgözəl Məmmədov saxlanılıb.
İlkin məlumata görə, qətli törədən Adıgözəl Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun atası, qətlə yetirilən qadın isə şəhidin həyat yoldaşıdır.
Mənbə
axar.az