Kriminal
Şəmkirdə gənc oğlan parkda dostunu bıçaqladı - TƏFƏRRÜAT
Şəmkir rayonunda gənc oğlan dostunu bıçaqlayıb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kür qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini, 2007-ci il təvəllüdlü Elcan Quliyev dostu Muradla parkda gəzərkən zarafatlaşıb. Bu zaman onların arasında mübahisə yaranıb və nəticədə E.Quliyev üzərində gəzdirdiyi turist bıçağı ilə dostunu kürəyindən vurub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən E.Quliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 3 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Məhkəmə E. Quliyevə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiqi ilə onun cəzasını şərti hesab edib.
Mənbə
oxu.az