Kriminal
Paytaxtda 11 yaşlı qız faciəli şəkildə öldü
Bakıda azyaşlı qız binadan yıxılaraq ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə mayın 30-da paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki binada baş verib. 2015-ci il təvəllüdlü qız həmin ünvanda binanın 7-ci mərtəbəsində, yaşadığı mənzilin balkonunda olarkən ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə
oxu.az