Kriminal
Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu
Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı, 99-UL-717 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Qəmər Bəxtiyar qızı Hacızadəтш vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Hacızadə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az