Mədəniyyət
Fərqli mədəniyyətləri birləşdirən körpü: Qubadakı tarixi abidədən REPORTAJ - VİDEO
Qubada yerləşən unikal quruluşa malik tarixi abidələrdən biri də Tağlı körpüdür. Bu körpü həm də multikultural harmoniya daşıyır. Oxu.Az xəbər verir ki bu barədə İTV-nin videomaterialında bildirilib. Belə ki, çayın bir sahilində müsəlmanlar, digər sahilində isə dağ yəhudiləri yaşayır ki, bu körpü də hər iki xalq arasında olan dostluq və mehribançılıq bağlarını daha da möhkəmləndirir.
Qudyalçay üzərində ucalan körpü Qubanın qədim memarlıq nümunələrindəndir. Tarixçilərin sözlərinə görə, 19-cu əsrdə Quba qəzasında yeddi körpü olub. Amma onlardan yalnız Tağlı körpü günümüzə qədər qorunub saxlanılıb. Əvvəllər taxtadan quraşdırılan bu körpü 1894-cü ildə çay daşından və bişmiş qırmızı kərpicdən yenidən tikilib. Möhkəm təməl üzərində qurulan qurğu iki əsr ərzində bölgənin əsas keçid yollarından biri kimi istifadə olunub.

Mənbə
oxu.az
Oxşar Xəbərlər