Kriminal
Azərbaycanda magistral yolda YANĞIN - Avtomobillərin hərəkəti çətinləşdi - VİDEO
Hacıqabuldan Bakı istiqamətinə gedən magistral yolun kənarında güclü yanğın başlayıb. Oxu.Az bu barədə Baku.ws-ə istinadən xəbər verir.
İlkin məlumatlara görə, yanan ərazi əsasən kol-kos və quru otdan ibarətdir. Güclü külək alovun yayılmasına şərait yaradıb, nəticədə magistral yolu kəskin tüstü dumanı bürüyüb. Yanğınla əlaqədar yolda avtomobillərin hərəkəti ciddi şəkildə çətinləşib.

Mənbə
oxu.az