Siyasət
ABŞ-İran münaqişəsi yenidən ALOVLANDI: Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olur?
Səudiyyə Ərəbistanının İranın da daxil olacağı yeni Körfəz təhlükəsizlik paktı təşəbbüsü regionda gərginliyin azaldılması üçün mühüm addım kimi qiymətləndirilirdi. Təklif olunan saziş tərəflərin bir-birinə qarşı güc tətbiq etməməsini, daxili işlərə müdaxilə etməməsini və hər hansı regional dövlətə qarşı üçüncü tərəflərlə əməkdaşlıq etməməsini nəzərdə tuturdu. Lakin diplomatik yaxınlaşma cəhdlərinə baxmayaraq, İran və ABŞ arasında qarşıdurma yenidən kəskinləşib. Vaşinqton və Tehran arasında artan gərginlik, xüsusilə İranın ərəb ölkələrində yerləşən ABŞ hərbi obyektlərini hədəfə alması fonunda regionun gələcəyi ilə bağlı sualları yenidən gündəmə gətirib. Mövcud vəziyyət hansı ssenariləri vəd edir və Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olurmu? Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə bildirib ki, ABŞ və İsrail İran üzərində hərbi əməliyyatla istəklərinə nail olmadılar:
"Nə dini hakimiyyət dəyişdirildi, nə uran zənginləşdirilməsindən imtina edildi, nə İranda zənginləşdirilmiş uran ABŞ-yə təhvil verildi. Bununla yanaşı Hörmüzdə İranın yeni keçid qaydaları tətbiq olunmağa başladı. Həmçinin ABŞ-nin hərbi bazalarına ev sahibliyi edən Körfəz ölkələri tərəflər arasındakı toqquşmadan ciddi zərər gördülər. BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn İranın əsas hədəfləri arasında yer aldılar. Xüsusilə enerji infrastrukturunun hədəf alınması iqtisadiyyatı böyük ölçüdə enerji ixracına bağlı olan Səudiyyəni ciddi narahat edir. Həmçinin aktiv müharibə Səudiyyənin 2030 vizyonunu təhdid edir. ABŞ-nin mövcud gərginlikdə Körfəz ölkələrini hava hücumlarından müdafiə etməkdə yetərsiz olması onları alternativ çıxış yolları aramağa vadar edir. Bu mənada Səudiyyə Ərəbistanının İranla regional təhlükəsizlik və qarşılıqlı hücum etməmək paktı təklifi ilk növbədə mümkün yeni hərbi qarşıdurma halında Körfəzin, onun infrastrukturunun qorunması və yatırımların təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Lakin bu, həm də müharibənin qarşısını ala biləcək bir pakt ola bilər. Belə ki, Körfəz ölkələri izin verməzsə, ABŞ buradakı bazalardan İrana hücum üçün istifadə edə bilməz. Lakin bu məsələdə yekdil rəy yoxdur. Yaxud Körfəz ölkələrinin mövqeyi əsas götürülmür. Maraqlıdır ki, bu pakt təklifi ortada ikən, Tramp aparıcı müsəlman ölkələrini İsraillə münasibətləri normallaşdırmağa səslədi. Başqa sözlə, paktın İsraili də əhatə etməsi halında regional təhlükəsizlik təsis oluna bilər. Əks təqdirdə bu, imkansızdır. İran və İsrailin bir-birinə qarşı açıq düşmənçiliyi fonunda isə bu, həqiqətən də imkansızdır. Həm də son zamanlar İranla sərt münasibətdə olan, İsraillə "İbrahim sazişləri" çərçivəsində ortaq fəaliyyəti dərinləşdirən BƏƏ rəsmiləri Səudiyyə Ərəbistanının təklifinə qarşı çıxmasalar da, İranla uzunmüddətli anlaşma üçün təhlükəsizlik zəmanətlərini şərt olaraq irəli sürüblər. Başqa sözlə, İran regiona sülh və sabitlik bəxş edərsə, regional təhlükəsizlik paktı işləyə bilər. Bu isə, hazırki şəraitə uyğun deyil", - şərhçi vurğulayıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı İranla dialoqda irəliləyiş əldə edən ölkədir: "Çinin vasitəçiliyi ilə 2023-cü ildə İran və Səudiyyə Ərəbistanı arasında əldə olunan razılaşmanı xatırlatmaq olar. Odur ki, pakt təklifinin Səudiyyədən gəlməsi anlaşılandır. Amma İsraillə müsəlman ölkələri, o cümlədən İran arasında münasibətlərdə normallaşma olmadan hər hansı pakt mümkün deyil. Səudiyyə bu paktı "Soyuq müharibə" dövrünün "Helsinki Aktı"na bənzər tərəflər arasında qarşılıqlı hücum etməmə razılaşmasına bənzətməyə çalışır. Lakin o dövrdə ABŞ, Avropa və SSRİ arasında birbaşa və açıq müharibə yox idi. İndi isə region qaynar müharibə meydanından yeni çıxıb və yenidən hər an müharibə alovlana bilər. Odur ki, Səudiyyə Ərəbistanı müharibə yenidən alovlanarsa, İranla ikitərəfli razılaşma əsasında təhlükəsizliyini qoruya bilər. Regional təhlükəsizliyin təmin olunması üçün isə İranın siyasi və ideoloji yanaşmaları dəyişməlidir", - Ş.Cəlilzadə deyib.

Mənbə
oxu.az