İqtisadiyyat
"İxrac üfüqləri genişlənir": Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni aqrar inkişaf mərkəzinə çevrilə bilər
"Azərbaycanın bölgələri meyvə-tərəvəz istehsalı baxımından kifayət qədər geniş və fərqli potensiala malikdir". Bu fikirləri Oxu.Az-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov deyib. O bildirib ki, Quba-Xaçmaz zonası alma və digər meyvəçilik məhsulları, Lənkəran-Astara iqtisadi rayonu sitrusçuluq, subtropik meyvələr və tərəvəzçilik, Aran bölgəsi tərəvəz, bostan və intensiv bağçılıq, Şəki-Zaqatala zonası isə fındıqçılıq, meyvəçilik və bağçılıq ənənələri ilə seçilir:
"Rəqəmlər də bu potensialı təsdiq edir. 2025-ci ildə ölkədə meyvə və giləmeyvə istehsalı 1 milyon 394 min tondan çox, üzüm istehsalı isə 210 min tondan artıq olub. Tərəvəz istehsalı 1 milyon 769 min ton, bostan məhsulları istehsalı isə 459 min ton səviyyəsində formalaşıb. Eyni zamanda, meyvə-tərəvəz və bostan məhsulları üzrə özünütəminetmə səviyyəsinin 100 faizdən yuxarı olması göstərir ki, Azərbaycan bu sahədə yalnız daxili bazarı təmin etmək deyil, həm də ixrac imkanlarını genişləndirmək potensialına malikdir. Bu baxımdan hesab edirik ki, meyvə-tərəvəzçilik regionlarda kənd yerlərinin iqtisadi inkişafı üçün əsas sahələrdən biridir. Çünki bu sektor nisbətən daha çox əmək tutumludur, ailə təsərrüfatlarının gəlir imkanlarını artırır, qadın və gənclərin məşğulluğuna töhfə verir, eyni zamanda emal, qablaşdırma, logistika və ixracla bağlı əlavə iqtisadi fəaliyyətlər yaradır. Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə kənddən şəhərə axının azaldılması və insanların rayonlarda yaşaması üçün iqtisadi əsasların gücləndirilməsi ilə bağlı fikirləri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İnsanların bölgələrdə qalması üçün yalnız sosial infrastruktur deyil, həm də dayanıqlı gəlir mənbələri olmalıdır. Meyvə-tərəvəzçilik bu istiqamətdə ən real iqtisadi dayaqlardan biri kimi çıxış edə bilər".
Ekspert vurğulayıb ki, meyvə-tərəvəz sektorunun daha da inkişafı üçün əsas yanaşma yalnız istehsal həcminin artırılması olmamalıdır: "Əsas məsələ məhsuldarlığın yüksəldilməsi, itkilərin azaldılması, emal və logistika imkanlarının genişləndirilməsi, eləcə də ixrac bazarlarına daha keyfiyyətli məhsulla çıxışdır. Birinci istiqamət intensiv bağçılığın və müasir istehsal texnologiyalarının genişləndirilməsidir. Dövlət Proqramında intensiv meyvə bağlarının sahəsinin 70 min hektara, istixana komplekslərinin sahəsinin isə 2000 hektara çatdırılması planlaşdırılır. Bu, meyvə-tərəvəz sektorunda həm məhsuldarlığın, həm də ilboyu istehsal imkanlarının artması baxımından mühüm hədəfdir. Müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin 300 min hektara çatdırılması da xüsusilə su resurslarından səmərəli istifadə və məhsuldarlığın yüksəldilməsi baxımından vacibdir. İkinci istiqamət soyuducu anbar və logistika infrastrukturunun genişləndirilməsidir. Meyvə-tərəvəz tez xarab olan məhsullar olduğu üçün onların vaxtında toplanılması, çeşidlənməsi, qablaşdırılması və bazara uyğun zamanda çıxarılması çox önəmlidir. Ölkədə 400 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılıb və Dövlət Proqramında bu göstəricinin 500 min tona çatdırılması nəzərdə tutulur. Əlavə 100 min tonluq soyuducu anbar tutumu məhsul itkilərinin azalmasına, fermerin bazarda daha əlverişli qiymət gözləyə bilməsinə və ixracın daha sabit təşkilinə imkan verə bilər". Ə.Dadaşov sözügedən sahə üzrə işğaldan azad edilmiş ərazilərin potensialından da bəhs edib:
"Qarabağ və Şərqi Zəngəzur geniş torpaq ehtiyatları, əlverişli iqlim şəraiti, zəngin su resursları və tarixi təsərrüfat ənənələri baxımından Azərbaycanın yeni aqrar inkişaf mərkəzlərindən birinə çevrilə bilər. Bu ərazilərdə yalnız bir istiqamət üzrə deyil, müxtəlif aqrar sahələr üzrə inkişaf imkanları mövcuddur. Üzümçülük, bağçılıq, taxılçılıq, heyvandarlıq, arıçılıq və bəzi zonalarda tərəvəzçilik üçün əlverişli potensial var. Xüsusilə dağətəyi və suvarma imkanları olan ərazilərdə meyvəçilik, üzümçülük və bağçılığın bərpası həm daxili istehsalın artmasına, həm də gələcəkdə emal və ixrac imkanlarının genişlənməsinə töhfə verə bilər. Müşavirədə də qeyd olunduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda ölkənin su ehtiyatlarının təxminən 25 faizi formalaşır. Bu, kənd təsərrüfatı üçün çox ciddi üstünlükdür. Sərsəng, Suqovuşan, Zabuxçay, Xaçınçay kimi su anbarlarının bərpası, Bərgüşad və Həkəri su anbarlarının tikintisi, Qarabağ və Şirvan kanalları ilə bağlı görülən işlər bu ərazilərdə suvarma əsaslı kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar yaradır".
Müsahibin sözlərinə görə, bu regionların üstünlüyü həm də ondadır ki, aqrar inkişaf burada köhnə model əsasında deyil, daha müasir yanaşmalarla qurulur: "Ağıllı kənd" konsepsiyası, müasir aqroparklar, pivot suvarma sistemləri, rəqəmsal idarəetmə, yeni yol, enerji və su infrastrukturu Qarabağ və Şərqi Zəngəzurda daha məhsuldar və rəqabətqabiliyyətli kənd təsərrüfatı modelinin formalaşmasına imkan verir. İşğaldan azad olunmuş ərazilərdə meyvə-tərəvəzçilik və bağçılığın inkişafı Böyük Qayıdış prosesinin iqtisadi əsaslarından biri ola bilər. Çünki insanların doğma yurdlarına qayıtması yalnız yaşayış evlərinin tikilməsi ilə tamamlanmır. Həmin ərazilərdə dayanıqlı məşğulluq, gəlir mənbələri, ailə təsərrüfatları və sahibkarlıq imkanları formalaşmalıdır. Aqrar sektor bu baxımdan həm məşğulluq, həm ərzaq təhlükəsizliyi, həm də regionun iqtisadi reinteqrasiyası üçün mühüm platformadır. Nəticə olaraq, Qarabağ və Şərqi Zəngəzurun aqrar potensialı müasir suvarma, intensiv bağçılıq, emal, logistika və bazara çıxış imkanları ilə birləşdirilərsə, bu ərazilər yaxın illərdə Azərbaycanın meyvə-tərəvəzçilik və ümumilikdə aqrar inkişaf xəritəsində mühüm mərkəzlərdən birinə çevrilə bilər".

Mənbə
oxu.az
Oxşar Xəbərlər