Dünya
Türkiyədə DƏHŞƏT: Azərbaycanlı qadın aşan TIR-ın altında qalaraq öldü - FOTO/VİDEO
Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda yük maşınının iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı Azərbaycan vətəndaşı ölüb. Oxu.Az xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə zamanı iki qadın dünyasını dəyişib. Onlar ictimai nəqliyyat dayanacağında olublar. Həlak olanların 23 yaşlı Azərbaycan vətəndaşı Alyona Dovqaleva və 20 yaşlı Rusiya vətəndaşı Arina Dautova olduğu müəyyən edilib. Xilasedicilər aşmış yük maşınını qaldırdıqdan sonra iki qadının meyitini tapıblar. İlkin ehtimallara əsasən, Antalyadan Manavqat istiqamətində hərəkət edən TIR yolayrıcında işıqforun yaşıl işığını gözləyən minik avtomobilinə arxadan çırpılıb. Zərbənin təsirindən yük maşını yol kənarındakı dayanacağın üzərinə aşıb. Hadisə zamanı TIR-ın sürücüsü yüngül xəsarətlər alıb. O, lazımi tibbi yardım göstərildikdən sonra nəzarətə götürülüb. Hazırda yol-nəqliyyat hadisəsinin təfərrüatı araşdırılır.
{{gallery}}

Mənbə
oxu.az