Digər
Məşhur türkiyəli komediya ustası azadlığa buraxıldı
"Ölü Dəniz" adlı stendap şousu ilə ölkə gündəmində səs-küy yaradan məşhur türkiyəli komediya ustası Dəniz Göktaş 88 gün həbsdə qaldıqdan sonra sərbəst buraxılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, Göktaş 2 iyulda xarici səfərdən Türkiyəyə qayıdarkən saxlanılaraq həbs olunmuşdu. O, "əhalinin bir qisminin mənimsədiyi dini dəyərləri açıq şəkildə təhqir etmək" maddəsi ilə ittiham edilirdi.
Mənbə
axar.az