Kriminal

Yuxarı Qarabağ kanalından 40 yaşlı qadının meyiti tapıldı

30 May 2026, 19:12 2 baxış
Yuxarı Qarabağ kanalından 40 yaşlı qadının meyiti tapıldı

Ağcabədi rayonunda kanaldan qadın meyiti aşkarlanıb.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Məlumata görə, əslən Tərtər rayonunun Köçərli kəndindən olan, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmovanın meyiti kanalda tapılıb.


Meyit sudan çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.


İlkin məlumata əsasən, qadının intihar etdiyi bildirilir. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.


Faktla bağlı müvafiq orqanlar tərəfindən istintaq tədbirləri davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər