Kriminal

Sumqayıtda yük avtomobilləri toqquşub: Xəsarət alanlar var

29 May 2026, 17:36 1 baxış
Sumqayıtda yük avtomobilləri toqquşub: Xəsarət alanlar var
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində - Yaşma bağları ərazisində yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, ATECO və "Ford" markalı yük avtomobillərinin toqquşması nəticəsində sonuncu yolun kənarına aşıb. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar, araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər