Siyasət
Kiyevdə təhlükəsizlik tədbirləri şəraitində Azərbaycanın Müstəqillik Günü qeyd edildi - VİDEO
Azərbaycan Respublikasının müstəqilliyinin 108-ci ildönümü dünyanın bir çox ölkələrində olduğu kimi, Ukraynanın paytaxtı Kiyevdə də qeyd olunur. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən təşkil olunan kütləvi tədbirdə Ukrayna rəsmiləri ilə yanaşı, bu ölkədə təmsil olunan müxtəlif ölkələrin diplomatik nümayəndəliklərinin rəsmiləri də qatılıb. O cümlədən, yerli ictimaiyyət, Azərbaycan diasporunun üzvləri də tədbirdə iştirak ediblər.
Ukraynada davam edən müharibə səbəbindən tədbir ciddi təhlükəsizlik tələblərinə əməl edilməklə keçirilib. Azərbaycanın və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan qəbulda Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Səfir Azərbaycanın müstəqillik uğrunda keçdiyi yoldan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etməsindən və beynəlxalq nüfuzunun artmasından danışıb.

Mənbə
oxu.az