Siyasət
Babiş: "Çexiya ilə Azərbaycan arasında dinamik inkişaf edən münasibətlər formalaşıb"
"Çex Respublikası ilə Azərbaycan arasında çox yaxşı və dinamik inkişaf edən münasibətlər formalaşıb". Oxu.Az xəbər verir ki, bu sözləri Çexiyanın Baş naziri Andrey Babiş "Instagram" səhifəsində Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən qəbuldan paylaşımında yazıb. "Bu gün mən Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak etdim. Çexiya ilə Azərbaycan arasında çox yaxşı və dinamik inkişaf edən münasibətlər formalaşıb. Bir ay əvvəl Çexiyanın böyük biznes nümayəndə heyəti ilə Azərbaycana reallaşan səfərim sayəsində əməkdaşlığımız sadəcə formal xarakter daşımır, həm də konkret nəticələrə və gələcək üçün böyük potensiala malikdir. Dəvət üçün təşəkkür edirəm" , - deyə Babiş paylaşımda vurğulayıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az