Mədəniyyət

Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO

28 May 2026, 21:36 3 baxış
Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO
Bu gün Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəyovun "Koroğlu" operası növbəti dəfə səhnələşdirilib. Oxu.Az xəbər verir ki, tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Tamaşanın quruluşçu rəssamları SSRİ Xalq rəssamı Tahir Salahov və Əməkdar mədəniyyət işçisi Tehran Babayev, quruluşçu baletmeyster SSRİ Xalq artisti Qəmər Almaszadə, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Tamaşada Koroğlu (Rövşən) obrazını Xalq artisti Yusif Eyvazov, Nigar obrazını Əməkdar artist Afaq Abbasova canlandırıblar. Tamaşadan əvvəl Oxu.Az-a açıqlamasında Koroğlu rolunun ifaçısı, Xalq artisti Yusif Eyvazov bildirib ki, xarici səhnələrlə müqayisədə Vətəndə səhnəyə çıxmaq daha böyük məsuliyyət tələb edir.
"Əlbəttə ki, hər tamaşa, hər bir rol vaxt tələb edir ki, onun mənasını tapasan. Ona görə çalışıram ki, hər dəfə obrazı yaradanda yeni incəliklər tapım, bəstəkarın ideyasını biraz da dərindən başa düşüm. Koroğlu çox mürəkkəb, çətin və böyük bir roldur. İkinci dəfədir Koroğlu kimi səhnəyə çıxıram, amma düşünürəm ki, Koroğlunu 30 dəfə oxuyandan sonra deyə bilərəm ki, özümü bu obrazda necə hiss edirəm. Ümumiyyətlə dünya səhnələri ilə müqayisədə Vətəndə səhnəyə çıxmaq daha çox məsuliyyət tələb edir. Bu, həmişə belə olub. Mənə elə gəlir ki, öz evimizdə tamaşaçının gözləntisi daha böyükdür", - deyə Y.Eyvazov bildirib. Nigar rolunun ifaçısı, Əməkdar artist Nigar Abbasova isə Oxu.Az-a açıqlamasında bildirib ki, tamaşanın bir parçası olmaq çox gözəl bir hissdir.
"Dahi Üzeyir bəyin şah əsəri olan "Koroğlu"da Nigar obrazı ilə səhnəyə çıxmaq çox böyük xoşbəxtlikdir. Aylarla davam edən məşqlərimizin nəticəsidir. İnanıram ki, bu gün bütün tamaşaçılar tərəfindən tamaşa yüksək qiymətləndiriləcək . İnanıram ki, böyük Üzeyir bəyin musiqisindən hər kəs zövq alacaq", - deyə A.Abbasova vurğulayıb. Qeyd edək ki, tamaşada Həsən xan rolunu Mahir Tağızadə ilk dəfə ifa edib. Ehsan paşa obrazında Fəhmin Əhmədli, İbrahim xan rolunda Nazim Mahmudov, Həmzə bəy obrazında Əməkdar artist Tural Ağasıyev, Alı rolunda Xalq artisti Əkrəm Poladov, Təlxək obrazında Əməkdar artist Əliəhməd İbrahimov, Polad rolunda Mirəli Sarızadə (ilk dəfə), Eyvaz obrazında Nəzər Bəylərov, Xanəndə qız rolunda Xalq artisti Nəzakət Teymurova, əyan rollarında Məhəmməd Şəmmədov və Cavidan İsayev (ilk ifa) çıxış ediblər. Carçı rolunu da Əməkdar artist Əliəhməd İbrahimov ifa edib.



{{gallery}}
Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər