Kriminal

Cəlilabadda 19 yaşlı gənc suda boğuldu

28 May 2026, 19:12 1 baxış
Cəlilabadda 19 yaşlı gənc suda boğuldu
Cəlilabad sakini suda boğulub. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2007-ci il təvəllüdlü Elşən Cəlal oğlu Abbasov su hövzəsində üzən zaman boğularaq həyatını itirib. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər