Siyasət

Prezident İlham Əliyev: "Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi"

28 May 2026, 15:22 8 baxış
Prezident İlham Əliyev: "Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi"
"Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi. Bu, böyük qürur mənbəyidir". Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə səsləndirib. "Qısa müddət ərzində belə bərpa-quruculuq işləri aparmaq, bu da xalq üçündür. Yəni insanlar tez qayıtsınlar, rahat yaşasınlar və burada özlərini, necə deyərlər, çox rahat, təhlükəsiz hiss etsinlər, qurub-yaratsınlar, uşaqları böyütsünlər, ağbirçəklərə qulluq etsinlər və həyatdan zövq alsınlar", - deyə dövlətimizin başçısı əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər